Qubad İbadoğlunun bağ evi qarət olunub - Bütün əşyaları söküb aparıblar, hətta...

14-08-2023, 15:46           
Qubad İbadoğlunun bağ evi qarət olunub -
Qubad İbadoğlunun bağ evi qarət olunub
ADR Partiyasının rəhbəri Qubad İbadoğlu həbs edilməzdən əvvəl qarətlə üzləşib.

Teref.az-ın bildirdiyinə görə, Gununsesi.info özəl mənbələrə istinadən xəbər verir ki, iqtisadçı professorun Bakıda yerləşən bağ evi talan edilib.

Belə ki, İbadoğlu Londondan Bakıya dönərkən ailə üzvləri ilə birlikdə şəhər kənarında yerləşən bağ evinə baş çəkib. Bu zaman onlar evdəki bütün əşyaların oğurlandığının, hətta kombi və qızıdırıcı radiatorların da sökülərək aparıldığının şahidi olublar.

Onların oğurluq faktı ilə bağlı polisə müraciət edib-etmədikləri məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru