Havay adalarında itkin düşmüş 60 nəfər tapılıb

16-08-2023, 10:58           
Havay adalarında itkin düşmüş 60 nəfər tapılıb
Havay adalarındakı evlərdən birində yanğınlardan sonra itkin düşmüş hesab edilən 60 nəfər tapılıb.

Məlumata görə, yüzlərlə insan hələ də axtarılır.

Bildirilir ki, adada bir çox insanın elektrik enerjisinə çıxışı olmadığı və telefonlarından qohumları və ya səlahiyyətlilərlə əlaqə saxlamaq üçün istifadə edə bilmədiyi üçün rəsmilər indi “itkin” əvəzinə “qeydiyyatdan keçməmiş” ifadəsini işlədirlər.
Xatırladaq ki, Havay ştatında meşə yanğınları qurbanlarının sayı 99-a çatıb və yaxın gələcəkdə onların sayı əhəmiyyətli dərəcədə arta bilər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru