Ukrayna PUA-larla Krıma hücum edib 16-08-2023, 13:29 Ukrayna ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın işğalı altındakı Krım yarımadasına hücum edib.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri PUA-lardan 1-ni məhv edib.İtkilər barədə hələ ki, məlumat yoxdur.Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib. Facebook-da paylaş