20-ci əsrin 80 illərində gürcü cərrahının unikal əməliyyatə- 2 üzülmüş ayağı yerinə tikdi..

18-08-2023, 08:14           
20-ci əsrin 80 illərində gürcü cərrahının unikal əməliyyatə-
Gürcü mikrocərrah Ramaz Datiaşvili hələ sovet dövründə - 1983-cü ildə litvalı qızın hər iki ayağını yerinə tikmişdi. Bu hadisə o illərdə bütün tibb aləmində sensasiyaya çevrilmişdi. Belə ki, atasının idarə etdiyi traktorun tırtılları altnda qalan 3 yaşlı litvalı qızın hər iki ayağı dabandan yuxarı üzülmüşdü. Qızı xüsusi vertolyotla Moskvaya gətirəndə ayaqlarını da buzlu balıqların içində ayrıca qutuda cərraha çatdırmışdılar.
O dövrdə gənc cərrah Ramaz komandası ilə 10 saatlıq əməliyyata başlayaraq, hər iki ayağı yerinə bərpa etməyə cəhd etdi. Onun assistentləri o qədər yorulmuşdular ki, ayaq üstə dayana bilməyib yıxılmışdılar, son 1 saatı Ramaz özü tək çalışıb əməliyyatı yekunlaşdırmışdı.
Amputasiya olunmuş ətrafı bərpa etmək üçün bütün damarlar, sinirlər, bağlar, vətərlər bir-bir düzgün tikilməli idi ki, ayaq idarə oluna bilinsin və beyindən impulslar alsın.
Gürcü cərrah bunu bacardı və Rasa adlı həmin qız hazırda Almaniyada yaşayır.
Babək Cəfərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.