Sumqayıt Apellyasiya Məhkəməsi sabiq hakimlə bağlı yayılan məlumatlara münasibət bildirib

19-09-2023, 11:57           
Sumqayıt Apellyasiya Məhkəməsi sabiq hakimlə bağlı yayılan məlumatlara münasibət bildirib
Sumqayıt Apellyasiya Məhkəməsi sabiq hakim Şəmsəddin Abasovla bağlı yayılan məlumatlara münasibət bildirib.

TEREF.AZ-ın xəbərinə görə, məhkəmədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yazıda adıçəkilən şəxs hazırda hakim kimi fəaliyyət göstərmir.

Qeyd olunub ki, Ş.Abasov bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

"Belə ki, cari ilin mart ayında hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq onun səlahiyyətlərinə xitam verilib. Bu baxımdan media nümayəndələrini dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq", - deyə bildirilib.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi kimi təqdim edilən Ş.Abasovun biznes fəaliyyəti ilə məşğul olmasına dair məlumatlar yayılıb. Həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən bu məsələnin araşdırılmadığı iddia olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru