Həlak olan mülki şəxs şəhid qardaşı imiş...

20-09-2023, 12:38           
Həlak olan mülki şəxs şəhid qardaşı imiş...
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Şuşaya terror hücumu nəticəsində mülki şəxs - Fərhadov Vidadi Aydın oğlu həlak olub.

“Qafqazinfo” xəbər verir ki, 56 yaşlı V. Fərhadovun qardaşı Füzuli Fərhadov da 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşada şəhid olub. Bu barədə məlumatı Şuşa Rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər.

V. Fərhadovun əvvəllər Şuşa RİH-də çalışdığı bildirilib. O, 30 illik məcburi köçkün həyatından sonra doğma şəhərinə ilk köçənlədən olub. V. Fərhadov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətində mühəndis kimi çalışırmış.

O, doğulduğu Şuşa şəhərində dəfn olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru