Heç nəyə baxmadan özünü ölümə atan əzizlərimiz,balalarımız,qardaşlarımız.

25-09-2023, 14:44           
Heç nəyə baxmadan özünü ölümə atan əzizlərimiz,balalarımız,qardaşlarımız.
Ordumuz böyük uğur qazanıb. Artıq demək olar ki, Qarabagın dağlıq ərazisi nəzarətimizdədir. Ermənilərin Xankəndinin girişində qəhrəmanlıq simvolu kimi qoyduqları tank başına çatı salınaraq Bakıya gətirilib.
Yevlağı da alacaqlarını bəyan edən dığalar başı aşagı Yevlağa gələrək bayragımızın-qılıncımızın altında oturdular-yardım istədilər.
Erməni ordusu tərkisilah edilir.
Bütün bunlar canını oda yaxan şəhidlərimizin hesabınadır.
Bütün bunlar vətən üçün,torpaq üçün,hamımız üçün gözünü qırpmadan şəhadətə gedən şəhidlərimizin hesabınadır.
Bəziləri hələ hesab sorur. Şəhid olan niyə çox olub.
Qarabagın relyefindən xəbəri olmayanlar, müharibə nədir bilməyənlər,düşmnlə göz-gözə durmayanlar hesab sorur. Amma fikirləşmirlər ki, bu hesab şirin canını qurban verən şəhidlərimizin əzizlərinin canını yaxar. O qan, o ölüm, o müharibə nədir görmüşəm. Yanımda, qucagımda cavan balalarımız şəhid olub.
Erməni ordusu bizdən dəfələrlə artıq itki verib. Şəhidlərimizin hesabına darmadagın olub. Erməni ordusu heç də zəif ordu deyildi. Ən müasir silahlarla silahlanmışdı. Özlərinə güvən vardı. Dünyanın iri gücləri Rusiya. Fransa və İran birbaşa dəstəkləyir yardım edir .silahlandırırdı. 44 günlük savaş və şəhidlərimiz o güvəni tarımar etdi.
Bir günlük savaş yekun vurdu.
Hücum edən tərəf müdafiə olunandan 3 dəfə çox itki verməlidir. Nəzərə alsaq ki, ermənilər uzun müddətdir ki, müdafiə qurguları, istehkamları qurmuşdular bu itkilər daha da çox olmalı idi. Lakin ordumuzun peşəkarlığı daha ağır itkilərin qarşısını alıb.
Ölkədəki özbaşınalıqlarla heç vaxt barışmamışam.Ən sərt formada həmişə tənqid etmişəm.
Amma və fəqət bu gün kimdənsə xoşum gəlmədiyinə, kiminsə yarıtmaz hərəkətlərinə görə şəhidlərimiz çox olub pərdəsi ilə kiməsə hücum etmək niyyətində deyiləm.
Onlar bizim şəhidlər.Onlar qayalaşmış vətən övladları. Heç nəyə baxmadan özünü ölümə atan əzizlərimiz,balalarımız,qardaşlarımız.
Durun!
O müqəddəs ruhları, onların əzizlərini incidə biləcəyinizin fərqində olun.
Osman Kazimov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.