Separatçıların liderləri Qarabağdan necə qaçır? - Sülhməramlılara şok ittiham

26-09-2023, 12:38           
Separatçıların liderləri Qarabağdan necə qaçır? -
“Böyük ehtimalla, bəzi separatçılar Rusiya sülhməramlılarının maşınında ərazilərimizi tərk edir”.

Teref.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Rəşad Mustafayev deyib.

“Azərbaycan tərəfi konkret olaraq müvafiq əfv, yaxud silahı yerə qoyan separatçıların Ermənistan təhvil veriləcəyi ilə bağlı bəyanatlarla da çıxış edib. Hazırda Qarabağdan olan erməniəsilli şəxslərin Laçın nəzarət-buraxılış məntəqəsindən keçidinə dair ancaq fərziyyələri irəli sürə bilərəm”, – deyə o əlavə edib. – Ola bilsin ki, bu adamlar sülhməramlıların nəqliyyat vasitələri ilə yoxlanılmadan keçib-gediblər. İstənilən halda arzuolunan o idi ki, haqqında cinayət işi qaldırılan, beynəlxalq axtarışa verilən şəxslərlə bağlı çox ciddi ölçü götürülsün. Əgər bundan sonra onların əfv olunması, yaxud Ermənistana təhvil veriləcəyi ilə bağlı qərar olsaydı belə, bu adamların həmin mərhələdə saxlanılmasına ehtiyac var idi”.

Siyasi təhlilçi qeyd edib ki, bu adamların gedişinin Azərbaycan tərəfi ilə razılaşdırılıb-razılaşdırılmadığı haqqında məlumat olmadığı üçün qəti fikir irəli sürmək də çətindir:

“Hər keçən gün halqa daralır. Separatçı rejimin qalıqlarının təmizlənməsini davam etdirməliyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru