Nauseda Gürcüstanı Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmağa çağırıb

28-09-2023, 07:30           
Nauseda Gürcüstanı Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmağa çağırıb
Gürcüstan üçün geosiyasi kursunu Aİ-nin xarici siyasət prioritetləri və Rusiyaya qarşı sanksiyalar siyasətini ardıcıl dəstəkləməsi vacibdir.

“Report” “Alkas”a istinadən xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda deyib.

O, Litvaya səfər edən Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb. Dövlət başçıları Avropaya inteqrasiya perspektivlərini, Avropa Komissiyasının islahatlarının və tövsiyələrinin həyata keçirilməsinin gedişini, regionda təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Litva lideri deyib ki, Gürcüstanın Aİ-yə namizəd ölkə statusu alması üçün islahatların aparılmasında və Aİ-nin tövsiyələrinin yerinə yetirilməsində, xüsusən cəmiyyətin siyasi depolarizasiyası, məhkəmə islahatları, deoliqarxizasiya, KİV azadlığı kimi məsələlərdə irəliləyiş nümayiş etdirmək lazımdır.

Baltikyanı ölkənin başçısının sözlərinə görə, Gürcüstanın geosiyasi kursunun Aİ-nin xarici siyasət prioritetləri və Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətinə ardıcıl dəstəyi ilə sinxronlaşdırılması da vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru