“Bu ərazilər də Azərbaycana qaytarılır” - Koçinyan

29-09-2023, 12:37           
“Bu ərazilər də Azərbaycana qaytarılır” - Koçinyan
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin müddəalarından biri anklavlara aiddir”.

TEREF.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş nəqliyyat naziri Henrik Koçinyan deyib.

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin müddəalarından biri anklavlara (Qazaxın və Naxçıvanın kəndləri) aiddir. Paşinyan Tavuş vilayətindəki bu üç anklavı təhvil verərsə, bu, Ermənistan-Gürcüstan yolunun fəaliyyətini dayandırması deməkdir.

Xəritəyə baxın, İcevandan Noyemberyana gedirik, sonra Baqrataşenə çatırıq. Anklavlar verilsə, o yol kəsiləcək. Yəni yeni dolama yol çəkməliyik, yoxsa o yoldan ümumiyyətlə istifadə edə bilməyəcəyik”, - sabiq nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru