Səfirliyimizə hücum edən şəxslə bağlı hökm çıxarılmayıb: Tehran Prokurorluğu təkzib edib - İRNA

3-10-2023, 10:36           
Səfirliyimizə hücum edən şəxslə bağlı hökm çıxarılmayıb: Tehran Prokurorluğu təkzib edib - İRNA
Ötən gün Azərbaycan mediasında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın etmiş şəxslə bağlı hökm çıxarılmasına dair məlumat yayılmışdı. Teref.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, həmin xəbərdə səfirliyin bir əməkdaşını qətlə yetirən, digər iki əməkdaşı isə yaralayan Yasin Hüseynzadə barəsində məhjkəminin ölüm hökmü çıxardığı qeyd edilirdi.

Lakin dünən Tehran Prokurorluğu bu barədə məlumatı təkzib edib. İRNA-nın xəbərinə görə, Tehran Prokurorluğu istintaqın başa çatdığını, cinayət işinin məhkəməyə göndərildiyini, lakin məhkəmə prosesinin hələ başlamadığını vurğulayıb. “Yasin Hüseynzadə barəsində ölüm hökmü çıxarılmayıb. Bu barədə yayılan xəbərdə doğru deyil. Çünki iş məhkəmədədir və heç ilkin iclas belə keçirilməyib. Prokurorluq Yasin Hüseynzadəyə ağır cəza verilməsini məhkəmədən istəyib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru