Rusiyalı general Ukraynadakı komandanlıqdan uzaqlaşdırıldı - SƏBƏB

3-10-2023, 12:28           
Rusiyalı general Ukraynadakı komandanlıqdan uzaqlaşdırıldı - SƏBƏB
Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüşən general-leytenant Andrey Siçevi komandanlıqdan uzaqlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, buna səbəb Rusiya ordusunun Baxmut istiqamətində uğursuzluğudur.

Onun hazırda Rusiya ordusunda hansı vəzifəni icra etdiyi məlum deyil.

Qeyd edək ki, A.Siçev 2022-ci iyulun 20-də Ukraynadakı əməliyyatlarda Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin dislokasiya olunmuş qoşunlarının komandanı təyin edilib. O, bu vəzifədə general-polkovnik Aleksandr Juravlevi əvəzləyib.

A.Siçev daha sonra Donetsk vilayətindəki əməliyyatların komandanı təyin edilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan etibarən əks- hücum əməliyyatlarını davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru