“WhatsApp”da yeni funksiya çıxıb

5-10-2023, 10:44           
“WhatsApp”da yeni funksiya çıxıb
“WhatsApp”ın “iPhone” üçün son beta versiyasına zənglər zamanı istifadəçinin IP ünvanının qorunması funksiyası əlavə edilib.

Yenilik “WhatsApp”ın “iOS” üçün 23.20.1.73 nömrəli beta versiyasında müşahidə edilib.

Bu funksiya sayəsində istifadəçilər səsli və videozənglər edərkən IP ünvanlarını gizlədə biləcəklər. Bu, fırıldaqçıların istifadəçinin IP ünvanını əldə etməsini və məsələn, onun yerini hesablamasını çətinləşdirəcək.

Bu funksiya, həmçinin 23.20.1.73 nömrəli “Android” üçün “WhatsApp”ın beta versiyasında da müşahidə edilib.

IP ünvanının qorunması funksiyasını mesencerin parametrlərində, “Məxfilik” bölməsində aktivləşdirə bilərsiniz. Yenilik fırıldaqçı ola biləcək naməlum “WhatsApp” istifadəçiləri ilə ünsiyyət zamanı faydalı olacaq.

Qoruma zəngləri “WhatsApp” serverinə ötürməklə təmin edilir. Güman edilir ki, bu səbəbdən funksiya yüklənmiş vəziyyətdə qeyri-sabit işləyə bilər.

Hələlik IP ünvanını qorumaq imkanı yalnız “Android” və “iOS”da “WhatsApp”ın beta versiyalarının bəzi testerləri üçün əlçatandır. Qlobal buraxılış vaxtı hələ açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru