Baydenin oğlunun borcları 10 milyon dolları keçib

6-10-2023, 10:58           
Baydenin oğlunun borcları 10 milyon dolları keçib
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenin borcları 10 milyon ABŞ dollarını keçib.

Trend xəbər verir ki, Federal ittihamlarla üzləşdiyi üçün və bahalı məhkəmə ehtimalı ilə o, daha milyonlarla dollar pul xərcləyə bilər.

Qeyd edək ki, Hanter silah saxlamaqda, eləcə də vergi cinayətlərində ittiham olunur.

Bundan əvvəl H.Bayden ABŞ prokurorları ilə razılaşmanın bir hissəsi olaraq vergi cinayətləri də daxil olmaqla, üç ittiham üzrə özünü təqsirli bilib. O, silahların saxlanması zamanı pozuntuları da etiraf edib. Belə ki, oktyabrın ortalarında narkotik vasitələr istifadə etdiyi halda “Colt” tipli tapançaya sahib olub, bu isə qanun pozuntusudur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.