İsrail ordusu ələ keçirilən əraziləri GERİ QAYTARDI

7-10-2023, 23:34           
İsrail ordusu ələ keçirilən əraziləri GERİ QAYTARDI
İsrail ordusu cənubda Qəzza zolağı ilə sərhəddəki yaşayış məntəqələrinin əksəriyyətinə nəzarəti bərpa etdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barəsə "N12" telekanalı məlumat yayıb.

Bundan əvvəl İsrail Silahlı Qüvvələri ölkənin cənubunda yerləşən Reim hərbi bazasını öz nəzarətinə qaytarıb.

Oktyabrın 7-də Həmas İsrailə 5000 mindın çox raket atıb və "Əl-Əqsa Daşqını" əməliyyatının başladığını elan edib.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib .

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatını “Dəmir qılınclar” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru