“Qəzza zolağını dərhal tərk edin”

8-10-2023, 09:43           
“Qəzza zolağını dərhal tərk edin”
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının sakinlərini anklavın ərazisini dərhal tərk etməyə çağırıb: “HƏMAS-ın gizləndiyi yerləri xarabalığa çevirəcəyik. Bunun baş verəcəyini sizə vəd edirəm”.
Bakupost.az xarici KİV-ə istinadla məlumat verir ki, o, bunu xalqa telemüraciətində deyib.
Bundan başqa, o bildirib ki, İsrailin HƏMAS-a qarşı müharibəsi vaxt aparacaq və çətin olacaq:
“İsrail ordusu HƏMAS-ı məhv etməkdən ötrü bütün gücünü işə salacaq. İsrail üçün bu qara günə görə çox böyük qisas alacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru