HƏMAS əsir israilli əsgərləri harada saxladığını açıqlayıb

8-10-2023, 09:48           
HƏMAS əsir israilli əsgərləri harada saxladığını açıqlayıb
HƏMAS əsir götürdüyü israilli əsgərlərlə bağlı məlumat yayıb.

HƏMAS-ın hərbi qanadı sayılan “İzz əd-Din əl-Qəssam” briqadası əsir götürülən onlarla israilli əsgər və zabitin harada saxlanıldığı barədə açıqlama verib.

Məlumatda onların təhlükəsiz yerlərdə və tunellərdə saxlanıldığı bildirilir. Bununla belə, sözügedən briqada nə qədər israilli hərbçinin əsir götürüldüyünə dair konkret rəqəm açıqlamayıb.
Mənbə: “Timeturk”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru