Qaldıqca daha da dadlı olan pendir Norveçdə mükafata layiq görüldü - FOTO

21-11-2023, 15:15           
Qaldıqca daha da dadlı olan pendir Norveçdə mükafata layiq görüldü - FOTO
Norveçdə təşkil edilən Dünya Pendir Festivalına ilk dəfə olaraq türkiyəli iştirakçı da qatılıb.

O, ölkəsini Balıkesir bölgəsinin məşhur “Kirli Xanım Pendir”i ilə təmsil edib.

Nəticədə münsiflər Türkiyədə hazırlanan bu pendiri bürünc mükafata layiq görüblər.

Türkiyəni festivalda təmsil edən Mehmet Özgü pendirin xüsusiyyətlərindən danışıb.

O qeyd edib ki, pendirin bu çeşidini sərin yerdə saxlamağa gərək yoxdur və uzun illər qaldıqca nəinki keyfiyyətini itirmir, əksinə daha da dadlı olur.
“Məhsulun tərkibindəki su və nəmi tam çıxardığından pendirin xarab olma ehtimalı qalmır”, - deyə o əlavə edib.





Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.