Henri Kissingerin həyatı

1-12-2023, 09:37           
Henri Kissingerin həyatı
ABŞ-ın tanınmış siyasi xadimi, keçmiş dövlət katibi Henri Kissinger 100 yaşında vəfat edib.

Nobel mükafatçısı olan Kissinger dünya siyasətində “real siyasət” tərəfdarı kimi tanınır.

Yürütdüyü siyasətə görə birmənalı qəbul olunmayan Kissinger bəzən “cinayətkar” kimi qınanılıb.

O öz siyasi fəaliyyəti dövründə ölkəsinin Sovet İttifaqı və Çinlə münasibətlərinin isinməsinə səbəb olan şəxsdir.

Kissinger 1973-cü ildə Ərəb-İsrail münaqişəsinin sona çatmasına kömək edib.

Eyni zamanda onun iştirak etdiyi Paris Sülh Sazişləri üzrə danışıqlar ABŞ-ı uzun müddət davam etmiş Vyetnam kabusundan da xilas edib.

Kissinger Çilidə solçu hökuməti devirən qanlı çevrilişi üstüörtülü dəstəkləməkdə, eləcə də Argentina ordusunun öz xalqına qarşı apardığı “çirkli müharibəyə” göz yummaqda ittiham olunub.

Heinz Alfred Kissinger 1923-cü il, mayın 27-də Bavariyada, yəhudi ailəsində anadan olub.

Ailə 1938-ci ildə nasistlərin təqibindən qaçaraq New York-da məskunlaşan alman-yəhudi icmasına qoşulub.

Heç vaxt ləhcəsini və futbol sevgisini itirməyən Henri gecə məktəbində oxuyub, gündüzlər isə təraş fırçası fabrikində işləyib. O, mühasibat uçotu oxumağı planlaşdırarkən orduya çağırılıb.

Müharibədə xidmətlərindən sonra o, Harvardda siyasi elmlər oxuyub, 1957-ci ildə ilk – “Nüvə müharibəsi və xarici siyasət” kitabını çap etdirib.

Kissinger 1973-77-ci illər arasında ABŞ-ın dövlət katibi olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.