Vaqif Abdullayev yuxarılardan "özünü yığışdır" mesajını alıb
26-07-2016, 09:31
Beyləqanın icra başçısı Xızıdakı obyektlərini itirə bilər
Son bir neçə ilin tender müqavilələrinə nəzər salınsa, Beyləqanda yüz min manatlarla dövlət vəsaitinin ayrı-ayrı şirkətlər vasitəsilə nağqlaşdırıldığının şahidi olmaq olar. İdarə müdirləri heç bir iş görə bilməməsinin səbəblərini icra başçısının sınırsız tamahkarlığında görür. Məsələ ondadır ki, bir sıra inkişaf proqramlarına büdcədən ayrlan vəsaitlər məhz başçının hesabına ixtisara salınır. Yarımçıq qalmış işlər isə Beyləqanda digər rayonlarla müqayisədə daha çoxdur. Məlumata görə, Vaqif Abdullayev rayonda əldə etdiyi gəlirlərini özünü şəxsi biznesinə sərf edir. Onun tez-tez Xızıya baş çəkməsi də beyləqanlıların diqqətindən yayınmır. Vaxtilə Xızıya rəhbərlik etmiş Vaqif Abdullayev bu rayonda geniş obyektlər şəbəkəsinə malikdir. Beyləqanın icra başçısının Xızıda qurduğu biznes əlbəttə ki, bu rayonun icra başçısı Xəzər Aslanovun narahatlığını xeyli artırıb. Nəticədə hər iki başçının öz aralarında intriqa apardıqları barədə xəbərlər yayılır.Məlumata görə, bu intriqanın səsi-sorağı hətta Prezident Adminstrasiyasınadək gedib çatıb.Əlbəttə, ilk növbədə bu intriqa Vaqif Abdullayevin keyfinə soğan doğrayıb. Artıq Beyləqanın icra başçısına Xızıdakı obyektlərinin siyahısı tərtib edilərək əlaqədar PA-ya göndərilib. Professor Vaqif Abdullayev bu xəbəri zahirən səbrlə qarşılayaraq özünü sındırmayıb, Xızı dağlarının guya ona böyüyüb boya-başa çatdığı doğma yerləri xatırlatdığını deyib. Buna baxmayaraq, Beyləqanın icra başçısı yuxarılardan gələn "özünü yığışdır" mesajını ciddi narahatlıqla qarşılayıb. Bayləqandakı mənbəmizin qeydlərinə görə, Vaqif Abdullayev indi də özünə biznes qurmaq üçün paytaxt Bakını məkan seçib. Baxmayaraq ki, başçını daha çox cəlb edən Beyləqandakı Haramı düzündə geniş fermer təsərrüfatlarının fəaliyyətindən müəyyən dividendlər əldə edə bilir. Ümumiyyətlə, cənab başçı professorun belə tapıntıları çox təqdirəlayiq hesab edilə bilər, bir şərtlə ki, rəhbəri olduğu Beyləqan rayonunun sabit inkişafına işləsin.Əlbəttə, başçının şəxsi maraqları təbii ki, bunun tam əksini ortaya qoyur. İcra başçısının rayondakı idarə və müəssisə rəhbərlərini hesaba oturtması barədə yayılan məlumatların da yoxlanılmasına ehtiyac var. Ümumilikdə, Vaqif Abdullayevin idarəçilik metodlarının ilkin təhllindən belə nəticə çaxarmaq olar ki, rayondakı mövcud şəraitdən tam şəkildə yararlanan elə onun özüdür. Qalan hallarda isə başçıya yaxın məmurlara özbaşınalıqlar üçün meydan verilir.Beyləqanda yerli icra nümayəndəliklərinin rəhbərləri Vaqif Abdullayevin rəhbərlik etdiyi icra aparatının sanki girovuna çevriliblər. Onlar heç normal əməkhaqqı belə ala bilmirlər. Belə ki, maaşlarından hər ay müxtəlif bəhanələrlə müəyyən miqdarda vəsait tutulduğundan, demək olar ki, heç nə qalmır. Başçının ətrafında özünü çoxdan doğrultmuş bu "ənənəyə" qarşı çıxmağa isə heç kəs ürək eləmir. Çünki, vəzifələrini itirməkdən qorxurlar. Beyləqanda yay aylarında daha çox qeyri-rəsmi gəlirlə işləyən idarələrin rəhbərləri də zülm üçündə icra başçısının nazı ilə oynamaq məcburiyyətindədirlər. Gundelik-baku.com