1 milyon pulunu itirən sahibkar kömək istəyir - Prezidentə şikayət olundu

26-07-2016, 10:24           

…Uzun illərdir Latviyada yaşayıb-işləyən iş adamı Tağıyev Novruz Qasım oğlu Prezident İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafına böyük dəstək verilməsi, onların hüquqlarının ən yüksək səviyyədə qorunması barədə bəyanatını eşidən kimi doğma vətəninə gəlmək qərarına gəlir… «Düşündüm ki, cənab Prezidentin çağırışına dəstək olaraq özümün və dostlarımın vəsaitindən istifadə etməklə Azərbaycanda Latviyadakı təcrübəmdən yararlanaraq öz Vətənimə töhfə verim… Qısa vaxtda böyük işlər gördüm, külli miqdarda yatırım etdim… Amma bu uğurlarımızı gözü götürməyənlər mənə ağır zərbə vurdular, quldurluq yolu ilə mal-mülkümüzü taladılar…», -deyə dərdini «Təzadlar»a danışan Novruz Tağıyevin düşdüyü vəziyyəti başa düşməyə çalışırıq… O, bizə cənab Prezident İlham Əliyevə, daxili işlər naziri cənab Ramil Usubova, Baş Prokuror cənab Zakir Qaralova ünvanlı müraciətini, həmçinin ona qarşı törədilmiş quldurluq və dələduzluq cinayəti ilə bağlı aparılmış istintaq qərarlarının surətini təqdim etdi… KİV olaraq araşdırmamız davam edir. Hələlik isə onun cənab Prezident İlham Əliyevə, daxili işlər naziri cənab Ramil Usubova, Baş Prokuror cənab Zakir Qaralova ünvanlı video müsahibəsini təqdim edirik:
Çox hörmətli cənab Prezident İlham Əliyev!
Hörmətli daxili işlər naziri cənab Ramil Usubov!
Hörmətli Baş Prokuror cənab Zakir Qaralov!
Əvvəlcə bildirməyi vacib hesab edirəm ki, vətəndaşların rifahının yüksəlməsi, onların slsial-məişət problemlərinin həlli isitiqamətində mütəmadi gördüyünüz çox dəyərli və xeyirxah işlər hər kəs tərəfindən yüksək qiymətləndirilir. Ölkə daxilində və xaricindəki işgüzar fəaliyyətiniz, misilsiz xidmətləriniz, xeyirxah missiyalarınız nəinki ölkəmizdə, eləcə də dünya ictimaiyyəti arasında əsizi böyük nüfuz sahibinə çevirmiş, Sizə rəğbət qazandırmışdır. Cənab Prezident!
Bildirirəm ki, mən Novruz Qasım oğlu Tağıyev, Latviya Respublikasında daimi yaşayış statusuna malikəm və orada da öz geniş biznes işini qurmuşam, daim Azərbaycanda yaşayan yaxınlarıma maliyyə dəstəyi göstərmişəm. Respublikamızdakı sabitliyi, yarnanmış münbit şəraiti, rahat və firavanlığı nəzərə alan doğmalarımız öz ölkəmizdə yaşayıb iş qurulmağımızı tövsiyə etdilər. Doğmaların məsləhəti və həyat yoldaşımın israrlı təkidi ilə öz doğma ölkəmizdə iş qurmaq qərarına gəldim. Mən Latviya Respublikasında əldə etdiyim şəraiti, eləcə də həmin respublikada daim yaşayan həmvətənlərimiz Ədalət, Rufulla və Həmiyyətdən kömək və dəstək məqsədi ilə aldığım nağd maliyyə vasitələrini sərmayə kimi təsərrüfat yaradılmasına yönəltdim. Nəticədə, bütün maddi-texniki bazaya və 3 min baş xırda və iri buynuzlu mal-qaraya malik olan bir komrleks qısa zamanda və uğurla yaradıldı. Həmin maliyyə vəsaitləri bilavasitə Şahməmmədov Amil, Qədirov Cahandar və Əliyev Mahir vasitəsilə tam şəkildə bu işə yönəldildi. Lakin sonradan məlum oldu ki, həmin şəxslər bu işə xəyanətkarcasına yanaşmış və niyyətləri vəsaitləri talamaq və mənimsəmək olmuşdur. Nəticədə, etibardan sui-istifadə edən həmin şəxslər mal-qaranı, orada olan maşın-texnikanı və digər avadanlıqları tez bir zamanda talayaraq satmış və mənə külli miqdarda (məhkəmə qərarına əsasən ilkin olaraq 605 min manat) vurmuşlar. Onlar mənim maliyyə durumumu çox pis vəziyyətə salmaqla yanaşı, mənə etibar edərək maddi dəstək verən Latviya Respublikasında daim yaşayan həmvətənlərimizi də ağır vəziyyətə saldılar.



Sonradan məlum oldu ki, həmin şəxslər digər yerli və xarici vətəndaşlara qarşı da bu cür çirkin niyyətlərini gerçəkləşdirə bilmişlər.
Mənə və digərlərinə qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq etdiklərinə görə Şahməmmədov Amil Zakir oğlu, Qədirov Cahandar Əzizxan oğlu və Əliyev Mahir Həsənbala oğlu barəsində Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Paşayev Elməddin Hilal oğlu tərəfindən 150050304 saylı cinayət işi başlanmış və həmin cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.3.2-ci maddələri ilə onların barəsində Sabunçu rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda həmin şəxslər həbsdədirlər və istintaq davam etdirilir. Lakin istintaqın gedişindən, baş müstəntiq E.H.Paşayevin işi aparmasından külli miqdarda zərər çəkən tərəf kimi çox narazıyam. Mən o şəxslərin azadlıqdan məhrum edilməsini, ailələrindən, doğmalarından uzun müddət uzaq düşmələrini istəmərəm. Yalnız dəymiş ziyanın ödənilməsi həm həbs olunanları həbsdən qurtara bilər, həm də bizi düşdüyümüz çox ağır vəziyyətdən və etimad göstərən dostlar qarşısındakı maddi və mənəvi sıxıntıdan xilas edər.
Cənab Prezident!
Bu problemimizi, dərdimizi, acınacaqlı vəziyyətimizi diqqətinizə çatdırmaqla Sizdən xahiş edirəm ki, mümkün təsir vasitələrinizdən istifadə edərək, işə daha qanunauyğun və ədalətli baxılmasının təmin olunması və nəticədə, haqqın və ədalətin zəfər çalması məqsədilə ailəmizə köməklik göstərəsiniz.
Biz hər zaman olduğu kimi, Sizin sadə insanların arxasında olduğunuzu bilirik. Sizin köməyinizə çox güvənir və düşdüyümüz acınacaqlı vəziyyətdən qurtulmağımızda Sizdən nicat gözləyirik…
[media=https://www.youtube.com/watch?v=0C6YzxpnC14]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.