Zelenskinin 5 milyonluq villa aldığını yazan reportyor öldürüldü
25-12-2023, 19:25
Misirdə Ukrayna prezidenti Volodimir Zelenskinin mülkləri ilə bağlı jurnalist tədqiqatı aparan reportyor öldürülüb. Bakupost.az xəbər verir ki, misirli jurnalist Məhəmməd Əl-Ələvi Hurqad şəhəri yaxınlığında ölü tapılıb. O, Zelenskinin Misirdə 5 milyonluq dəbdəbəli villa alması barədə faktın izinə düşmüşdü. Onun meyiti üzərində çoxsaylı sınıq, zərbə, qırıq izləri olub. Əl-Ələvi Zelenskinin qaynanası Olqa Kiyaşkonun adına çox bahalı villanın rəsmiləşdirilyini üzə çıxarması ilə dünya mətbuatında məşhurlaşmışdı. Mərhumun ailəsi bildirir ki, məhz bu materialın dərcindən sonra o təhdid olunurdu. Polis şəhərdə olan bir neçə ukraynalıdan şübhələndiyini bildirib və təhqiqata başlanılıb.