Rusiya ordusu Maryinkanı tamamilə ələ keçirib? - VİDEO

26-12-2023, 07:54           
Rusiya ordusu Maryinkanı tamamilə ələ keçirib? - VİDEO
Rusiya hərbçiləri Donetsk yaxınlığında yerləşən Maryinka şəhərini tamamilə ələ keçiriblər.

Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Lakin Ukrayna tərəfi Şoyqunun dediklərini təkzib edib.

“Maryinka uğrunda döyüşlər davam edir, şəhərin tam ələ keçirilməsindən danışmaq düzgün deyil”, - deyə Tavrid Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri, polkovnik Aleksandr Ştupun deyib.

O qeyd edib ki, Maryinka tamamilə dağıdılıb və xarabalığa çevrilib:

“Rusiya ordusu müharibə başlayandan bu kiçik şəhəri ələ keçirməyə çalışır”.

Xatırladaq ki, şəhər uğrunda fəal döyüşlər ötən ilin mart ayında başlayıb. 13,7 kvadrat kilometr ərazisi olan yaşayış məntəqəsində 2014-cü ilə qədər 10 minə yaxın əhali yaşayırdı. Lakin on aydır bombalanan şəhər hazırda yerlə-yeksan olub.
Mənbə: TASS, Nexta












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru