Zalujnının işdən çıxarılması rəsmən təkzib olundu

30-01-2024, 08:58           
Zalujnının işdən çıxarılması rəsmən təkzib olundu
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının istefası ilə bağlı yayılan xəbərlər təkzib olunub.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Hörmətli jurnalistlər, biz hamıya dərhal cavab veririk: Xeyr, bu doğru deyil”, - Ukrayna MN- açıqlamasında bildirib.
Bundan əlavə, Prezidentin mətbuat katibi Sergey Nikiforov da Zalujnının işdən çıxarılması xəbərini təkzib edib.

Qeyd edək ki, bu gün Ukraynanın Teleqram kanallarında və bəzi Rusiya saytlarında Valeri Zalujnının işdən çıxarıldığı, ona Avropa ölkələrindən birində səfir vəzifəsi təklif edildiyi və bundan imtina etdiyinə dair xəbərlər yayılıb.

Hətta Zalujnıdan sonra onun vəzifəsini Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun tutacağı bilirilmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru