Brokoli nələrə faydalıdır?

31-01-2024, 15:04           
Brokoli nələrə faydalıdır?
Qış tərəvəzi olan brokoli tərkibində bir çox vitamin olduğu üçün sağlam tərəvəzlərdən sayılır.Foodinfo.az xəbər verir ki, brokoli tərkibindəki fitokimyəvi - bioaktiv mikromaddələr və sulforafana görə orqanizm üçün çox faydalıdır.Brokolinin qida elementləri: 100 qram brokolinin tərkibində 33,7 kkal, E vitamini (α-tokoferol), vitamin A (β-karotin), C vitamini (askorbin turşusu), fol turşusu/folat (vitamin B9), vitamin K, tiamin (vitamin B1), riboflavin var.Bu, brokolinin nə qədər multivitaminlə zəngin olduğuna sübutdur. Bu vitaminlər əksər xəstəliklərin müalicəsində və qarşısının alınmasında çox təsirlidir. Sulforafan və digər komponentlər orqanizmdə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Yüksək qan şəkərini tənzimləyərək ani artım və azalmaların qarşısını alır.Karotenoidlər və lifin köməyi ilə qanda trigliserid səviyyəsini aşağı salaraq xolesterinin qarşısını alır. Oynaqlar arasında olan mayelərin və qığırdaq toxumasının qorunmasını təmin edir.Brokolinin tərkibindəki sulforafan maddəsi beyin hüceyrələrini yeniləyir, beləliklə şizofreniya kimi xəstəliklərin qarşısını alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru