Almaniyada tətil səbəbindən mindən çox reys ləğv ediləcək və ya gecikəcək

1-02-2024, 07:04           
Almaniyada tətil səbəbindən mindən çox reys ləğv ediləcək və ya gecikəcək
Almaniya hava limanlarında fevralın 1-nə planlaşdırılan tətil 1,1 min reysin ləğvi və ya gecikməsinə səbəb olacaq ki, bu da 200 min insanın planlarını pozacaq.

“Report” xəbər verir ki, bu barədə TASS Almaniyanın müxtəlif hava limanlarının maraqlarını təmsil edən ADV assosiasiyasına istinadən məlumat yayıb.

“Biz tarif münaqişəsinin tərəfi deyilik, lakin tətil bizim ərazimizdə keçirilir. Həmkarlar İttifaqını danışıqlar masasında həll yolu axtarmağa çağırırıq”, - ADV rəhbəri Ralf Bayzel deyib.

Daha əvvəl “Verdi” həmkarlar ittifaqı tətilə çağırıb. Çağırışa hava limanının təhlükəsizlik xidmətinin 25 min əməkdaşı qatılacaq. Bu, sərnişinlərin yoxlamadan keçməyə vaxt tapa bilməməsi ilə nəticələnəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru