Şimali Koreya qanadlı raketlərə nüvə silahı yerləşdirməyə hazırlaşır

1-02-2024, 10:08           
Şimali Koreya qanadlı raketlərə nüvə silahı yerləşdirməyə hazırlaşır
Şimali Koreya qanadlı raketlərə nüvə silahı yerləşdirməyi planlaşdırır. Bunu yanvarın 31-də keçirilən mətbuat konfransında Yaponiya hökumətinin baş katibi Yosimasa Hayasi deyib.

“Şimali Koreya qanadlı raketlərə nüvə silahı yerləşdirməklə qəfil hücum imkanı əldə etməyi hədəfləyir. Bunun üçün ona nüvə silahlarının ölçüsünü daha da azaltmaq lazımdır”, - deyə o bildirib.

Hayasi qeyd edib ki, Şimali Koreya raketləri müxtəlif platformalardan, məsələn, sualtı qayıqlardan və dəmiryol vaqonlarına quraşdırılmış buraxılış qurğularından ona görə buraxır ki, bu silahları aşkar etmək və ələ keçirmək çətinləşsin.

Yaponiya Nazirlər Kabinetinin baş katibi bununla əlaqədar Tokionun ABŞ və Cənubi Koreya ilə sıx əməkdaşlıq şəraitində vəziyyətə nəzarəti davam etdirəcəyini deyib. (Mənbə: İz.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru