“60 dərəcədən çox qızdırılan maye içmək olmaz”

1-02-2024, 10:43           
“60 dərəcədən çox qızdırılan maye içmək olmaz”
“Gözəllik və sağlamlıq üçün kifayət qədər su içmək lazımdır. Lakin çox isti maye zərərli ola bilər”.
Yeniavaz.com xəbər verir ki, bu bunu aif.ru-ya diyetoloq-nutrisioloq İrina Mənsurova bildirib.
Mənsurova izah edib ki, zərurət olmadıqda 60 dərəcədən yuxarı qızdırılan su içmək olmaz:
“Qaynar suyu sevənlər qida borusunu və boğazını yandırmaq riski daşıyırlar. Bundan əlavə, çox isti su ilə bu həssas nahiyələrin davamlı travması xərçəng riskini artırır”.
Eyni zamanda diyetoloq bildirib ki, ilıq su - 40 dərəcəyə qədər - faydalıdır:
“Bədəndə su-duz balansını bərpa etməyə kömək edir. Həmçinin selikli qişalarda gərginliyi azaltmaq və bəlğəmin axıdılması prosesini yaxşılaşdırmaq üçün LOR orqanlarının xəstəlikləri zamanı ilıq su içmək məsləhət görürlür”.
Mansurovanın sözlərinə görə, ilıq su qan damarlarını genişləndirir ki, bu da qan dövranını yaxşılaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru