“Fonda 60 milyon manat vəsait gəlsə, biz sevinərik”

1-02-2024, 18:48           
“Fonda 60 milyon manat vəsait gəlsə, biz sevinərik”
“Bizdə utilizasiyaya ehtiyacı olan avtomobillərin bir çoxu həyətlərdə “kubik”lərin üzərindədir və heç çoxunun təkərləri yoxdur. Onlardan zibil qutuları kimi istifadə edirlər. Bizim üçün əsas olan onların qeydiyyat orqanından çıxarılmasıdır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

O qeyd edib ki, nəqliyyat sahiblərinə utilizasiya ilə bağlı təbliğat da vacib məsələdir.

E.Abbasov, həmçinin utilizasiya prosesində fondun 50-60 milyon manat vəsait toplayacağı ilə bağlı məsələyə münasibət bildirib: “Fonda 60 milyon manat vəsait gəlsə, biz sevinərik. Düzü, mən o qədər məbləğ gözləmirəm.

Vəsait artdıqca məbləğlərə də baxmaq olar. Bu, daxil olan vəsaitlərdən asılıdır. Burada növbəlilik prosesi təmin olunacaq və proqram təminatı şəffaf şəkildə icra olunacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.