Rusiya müxalifətinin liderlərindən sayılan Aleksey Navalnının vəkili Olqa Mixaylova axtarışa verilib.
Bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yer alıb.
"Mixaylova Olqa Oleqovna. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır", - məlumatda deyilir.
Hazırda Mixaylovanın hansı cinayətlə əlaqədar axtarıldığı məlum deyil.
Əvvəllər Olqa Mixaylova ekstremist icmada iştirakda ittiham olunub.
Bundan əvvəl məlum olub ki, Moskvanın Basmannı məhkəməsi Navalnının şəriki və Rusiya Energetika Nazirliyinin keçmiş rəis müavini Vladimir Milova saxtakarlıq işi üzrə qiyabi hökm çıxarıb. O, 4 il müddətinə internetdən istifadə hüququ, 8 il müddətinə isə azadlıqdan məhrum edilib.
Aleksey Navalnı Rusiyada ekstremistlər və terrorçular siyahısına, Vladimir Milov isə xarici agentlərin reyestrinə daxil ediliblər.