Keçmiş vaqnerçilərdən “Afrika korpusu" formalaşdırılır

4-02-2024, 18:34           
Keçmiş vaqnerçilərdən “Afrika korpusu" formalaşdırılır
Afrikanın şimalı və Saxara regionunda keçmiş “Vaqner” döyüşçülərindən ibarət “Afrika korpusu” formalaşdırılır.

Bu barədə “The Independent” məlumat yayıb.

Qəzet yazıb ki, keçmiş “Vaqner”-dən fərqli olaraq “Afrika korpusu” dolayı deyil, birbaşa Kremlin nəzarətindədir. Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko da “Afrika korpusu”nun formalaşdırıldığını bildirib.

Qeyd edilib ki, regionda qeyri-stabilliyin artması fonunda keçmiş “Vaqner” döyüşçüləri Liviya və Sudanda mövqelərini möhkəmləndirirlər. Fransanın hərbi bazalarını bir sıra Qərbi Afrika ölkələrindən çıxarması fonunda bu regionda da keçmiş “Vaqner” döyüşçülərinin fəallaşacağı proqnozlaşdırılır. “Afrika korpusu” keçmiş “Vaqner” kimi faydalı qazıntı yataqlarının işlənməsi müqabilində yerli hökumətlərin təhlükəsizliyinin təmini ilə məşğuldur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru