Bədəndəki iltihabı aradan qaldırmaq üçün nə yeməliyik?

6-02-2024, 12:54           
Bədəndəki iltihabı aradan qaldırmaq üçün nə yeməliyik?
Bədəndəki iltihab infeksiyalarla mübarizə aparmaq üçün bədənin immun sisteminin cavabıdır. Lakin bəzi hallarda orqanizmdə iltihab sabitləşə və xroniki iltihablı vəziyyət yarana bilər. Xroniki iltihab bir çox sağlamlıq problemlərinə səbəb ola biləcək bir vəziyyətdir və bu vəziyyətlə mübarizə aparmaq çox vacibdir.
Foodinfo.az xəbər verir ki, bədəndə iltihabı azaltmaq və iltihabı idarə etmək üçün müntəzəm olaraq antiinflamatuar qidalar istehlak etmək çox faydalıdır. İltihabı azaltmağa kömək edə biləcək bəzi qidalar bunlardır:
BALIQ Somon, sardina və skumbriya kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir və bədəndəki iltihabı azaltmağa kömək edir.
SARIKÖK Sarıkök kurkumin adlı birləşmə sayəsində antiinflamatuar xüsusiyyətlərə malikdir və bədəndəki iltihabı azaldır.
QARAGİLƏ Qaragilə antioksidantla zəngin bir meyvədir və bədəndəki iltihabı yox edir.
BROKOLİ Brokoli kimi tərəvəzlər bədəndəki iltihabı azaltmağa kömək edən antioksidant və antiinflamatuar birləşmələrə malikdir. ZEYTUN YAĞI Zeytun yağı oleokantal adlı komponent sayəsində bədəndəki iltihabı azaldır.
YAŞIL ÇAY Yaşıl çay tərkibindəki antioksidanlar sayəsində bədəndəki iltihaba təsir edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.