Çay ağacı yağının faydaları nələrdir?
6-02-2024, 15:04
Çay ağacı yağı Hindistan dəfnəsi kimi tanınan bir bitkidən əldə edilən bir yağ növüdür. Avstraliyada yetişdirilən bu bitki uzun illərdir istifadə olunsa da, son vaxtlar daha çox məşhurlaşıb. Onun məşhur olmasının səbəblərindən biri də alimlərin bu yağın təsiri ilə bağlı apardıqları araşdırmalardır.Foodinfo.az xəbər verir ki, tədqiqatlar müsbət nəticə verdiyindən onun istifadəsi artıb. Çay ağacı yağının xüsusilə dəri üzərində möcüzəvi təsiri var.
- Antiviral və antibakterial xüsusiyyətlərə malik çay ağacı yağı orqanizmdən bakteriya və virusları çıxarmağa kömək edir. - Dəridəki sızanaq, səpgi və qara nöqtələrin aradan qaldırılmasında təsirlidir.
- Yaraların sağalma prosesini sürətləndirir.
- Həşərat və milçək dişləmələri nəticəsində yaranan qaşınma və qızartıları tez aradan qaldırır.
- Diş əti iltihabı, herpes və ağız yaraları üçün də yaxşı təsir edir.
- Buxar hamamı kimi istifadə edildikdə öskürək, bronxit, boğaz ağrısı, qrip, soyuqdəymə və burun tıxanığlığına yaxşı təsir göstərir.- Saç quruluğu və kəpəyə qarşı çox təsirlidir. Həm də saçları daha canlı və parlaq edir.
- Ayaqdakı göbələklərin müalicəsində də istifadə edilən çay ağacı yağı dırnaqların batması nəticəsində yaranan iltihabı da tez sağaldır.
- Virus və bakteriyalara qarşı qoruyucu təsiri olan çay ağacı yağı evdə təmizləyici və dezinfeksiyaedici vasitə kimi də istifadə edilə bilər.
- Bu yağ ziyillərin yayılmasının qarşısını alır və onların daha tez sağalmasına kömək edir.
- Çay ağacı yağı qabığı soyulmuş tərəvəz və meyvələri yuyarkən istifadə edildikdə bakteriyaları azaldır.