Lukaşenko hərbçilərə mülki şəxslərə atəş açmağa icazə verib

7-02-2024, 08:24           
Lukaşenko hərbçilərə mülki şəxslərə atəş açmağa icazə verib
Belarusda hərbçilərə vətəndaşlara qarşı silah tətbiq etmək hüququ verilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı “Lenta.ru” məlumat yayıb.

Bildirilib ki, qərar Belarus Prezidenti Aleksandr Lukaşenkonun Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinə daxil etdiyi dəyişikliklərdə qeyd olunub.

Belarus lideri Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinin 11-ci maddəsinin dəyişdirilməsinə göstəriş verib. Nimanaməyə edilən yeni dəyişikliyə görə, hərbi qulluqçulara vətəndaşlara qarşı fiziki güc və silah tətbiq etmək hüququ verilib.

Dəyişikliyə əsasən hərbçi ümumi hərbi qaydaların tələblərinə uyğun olaraq silah istifadə edərsə və bu zaman şəxs yaralanarsa və ya ölərsə, hərbi qulluqçu bu hərəkətə görə məsuliyyət daşımayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru