Antiterror döyüşləri - real kadrlar - ilk dəfə VİDEO

7-02-2024, 17:38           
Antiterror döyüşləri - real kadrlar - ilk dəfə VİDEO
"Caliber” ilk dəfə olaraq 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qeydə alınmış unikal kadrları nümayiş etdirib.

Döyüşlərin baş verdiyi yer Ağdərə ərazisidir.

Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb.

Videoda hərbçilərimizin bir-biri ilə necə mehriban ünsiyyət qurması, əsgərlərimizi birləşdirən qardaşlıq, doğmalıq hissi xüsusi diqqət çəkir.
Həmçinin, döyüşün qızğın vaxtında şəhidlərimiz barədə məruzə edilən zaman hərbçilərimiz hər bir müsəlman və azərbaycanlı üçün müqəddəs olan ifadələri dilə gətirməyi unutmurlar.

Beləliklə, Azərbaycanın müasir tarixinin qəhrəmanlıq salnaməsini yazan Vətən övladlarının görüntülərinə özünüz şahid olun:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru