MAQATE: “Fukusima-1” AES-dən radioaktiv suyun sızması əhalini təhdid etmir

8-02-2024, 18:14           
MAQATE: “Fukusima-1” AES-dən radioaktiv suyun sızması əhalini təhdid etmir
“Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) operatoru “Tokyo Electric Power” radioaktiv suyun sızmasından sonra əhali və ətraf mühit üçün hər hansı təhlükə aşkarlamayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatında deyilib.

“Tokyo Electric Power” hadisə yerində aparılan radiasiya ölçmələrində əhəmiyyətli dalğalanmaların olmadığını təsdiqləyib. Hadisənin ictimaiyyət üçün riski və ətraf mühitə təsiri yoxdur", - məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 7-də “Fukusima-1” AES-in əməkdaşları ərazidə radioaktiv su sızmasını qeydə alıblar.

Bundan əvvəl MAQATE Yaponiyanın zavoddan atdığı təmizlənmiş suyun beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bildirmişdi. Belə bir hesabatı təşkilat bu ilin yanvarında hazırlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru