Alman kansler “əkizini” ABŞ senatında tapdı - FOTO

10-02-2024, 17:04           
Alman kansler “əkizini” ABŞ senatında tapdı - FOTO
Almaniya kansleri Olaf Şolts ABŞ-yə səfəri zamanı sürprizlə üzləşib.

Belə ki, o, Vaşinqton danışıqları kuluarlarında özünə çox oxşayan demokrat senator Kris Kunsla qarşılaşıb və bu anı əbədiləşdirmək qərarına gəlib.

Şolts amerikalı senatorla şəklini özünün “X” hesabında paylaşıb.

“Oxşarım Kris Kunsu yenidən görmək çox xoşdur”, - deyə o, paylaşımında bildirib.
Həmçinin Kuns Almaniya kansleri ilə şəklini paylaşaraq “Hansımız kimik?” şərhini edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru