Suriyada daha bir ABŞ hərbi bazası hücuma məruz qaldı

10-02-2024, 12:26           
Suriyada daha bir ABŞ hərbi bazası hücuma məruz qaldı
“İraqın İslami Müqavimət” hərəkatına aid silahlı birləşmələr Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını atəşə tutub.
Yeniavaz.com xəbər verir ki bu barədə “Sham” FM radiostansiyası məlumat yayıb. Məlumata görə hərəkat döyüşçüləri Amerikanın hərbi obyektinə üç raket atıblar.
Şahidlər hərbi bazanın ərazisində partlayışların olduğunu bildiriblər.
Digər təfərrüatlarla bağlı məlumat verilməyib.
Qeyd edək ki, fevralın 8-də Suriyanın şərqindəki Əl-Ömər neft yatağı yaxınlığındakı ABŞ hərbi bazası da pilotsuz təyyarələrlə hücuma məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru