Arestoviç Monakoda kazino yaxınlığında görüntüləndi - VİDEO

14-02-2024, 11:44           
Arestoviç Monakoda kazino yaxınlığında görüntüləndi - VİDEO
Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Monakoda görüntülənib.

Siyasətçini “Ukrayinskaya pravda” nəşrinin jurnalistləri görüblər.

Arestoviç naməlum adamla birlikdə qumarxanaları ilə məşhur olan Monte Karlo rayonunda gəzdiyi zaman diqqət cəlb edib.

Bununla bağlı yayımlanan kadrlarda Arestoviç onu çəkdiklərini görüb və bu onun xoşuna gəlməyib. “İcazəsiz çəkiliş qadağandır”, - deyə o, jurnalistlərə iradını bildirib.

Qeyd edək ki, Aleksey Arestoviç 2023-cü il sentyabrın 4-də Ukrayna kəşfiyyatının verdiyi məktubun köməyi ilə sərhədi keçə bilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru