“Azərbaycanda “Lada” avtomobillərinin yığılması üçün danışıqlar aparılır”

15-02-2024, 07:24           
“Azərbaycanda “Lada” avtomobillərinin yığılması üçün danışıqlar aparılır”
““Avtovaz” Azərbaycanda “Lada” avtomobillərinin irimiqyaslı yığılmasını təşkil etmək üçün danışıqlar aparır”.
Bu barədə şirkətin rəhbəri Maksim Sokolov “Rusiya” forumu və sərgisi çərçivəsində jurnalistlərə bildirib.
Sokolov “Avtovaz”ın nümayəndə heyətinin hazırda danışıqlar üçün Azərbaycanda olduğunu bildirib:
“Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar. Ehtiyatla deyim ki, yazda bu bölgədə “Avtovaz”ın mövcudluğu barədə müsbət xəbərlərin olacağına ümid edirəm”.
Qeyd edək ki, “Avtovaz”ın yanvarda təqdim etdiyi təqdimatda bildirilib ki, şirkətin Azərbaycanda iri aqreqatların yığılması üsulu ilə avtomobillərinin kütləvi istehsalına başlamağı planlaşdırır.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru