Süni intellektə əsaslanan tanışlıq saytı yaradılıb

15-02-2024, 15:44           
Süni intellektə əsaslanan tanışlıq saytı yaradılıb
Rusiyalı proqramçılar süni intellektə (AI) əsaslanan tanışlıqsaytı yaradıblar.

Trend bu barədə rusKİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, layihənin rəhbəri Yeqor Krasilnikov bildirib ki,onun əsas işi səslə müəyyən edilən parametrlər əsasında cütlükseçməkdir. Bu məqsədlə şəxsiyyətin xüsusiyyətlərinimüəyyənləşdirməyə kömək edən Kettell psixoloji testindən istifadəolunur.

Tətbiqdə qeydiyyatdan keçərkən istifadəçi bir neçə səsli mesajyazır və beş suala cavab verir, o cümlədən həyatında baş vermişmaraqlı hadisənin təsviri, qeyri-adi təcrübə, nailiyyətlər və idealmünasibətlər barədə danışır. Qəbul edilən səs nümunələriistifadəçinin xarakterini müəyyən edən süni intellekt vasitəsilətəhlil edilir.

Bundan sonra istifadəçi faiz nisbətini qeyd edərək, gələcəkpartnyorun ünsiyyətlilik, zəka, emosional sabitlik və digər şəxsixüsusiyyətlərini seçir. Alqoritm məlumatları təhlil edir və ənuyğun partnyoru seçir.

Portal hazırda tətbiqin mobil versiyası da daxil olmaqla tamfəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru