“Kiyevə bu günə qədər 85 milyard dollardan çox hərbi yardım olub” – Pentaqon

15-02-2024, 16:38           
“Kiyevə bu günə qədər 85 milyard dollardan çox hərbi yardım olub” – Pentaqon
Müttəfiq ölkələr 2022-ci ilin fevralında Rusiyanın xüsusi hərbi əməliyyata başlamasından bəri Kiyevə 85 milyard dollardan çox hərbi yardım ediblər.
Yeniavaz.com Pentaqonun mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin Brüsseldə Ukrayna üzrə təmas qrupunun görüşündə bildirib.
“ABŞ-nin rəhbərlik etdiyi dünyanın 50 ölkəsindən ibarət tarixi koalisiya 2022-ci ilin fevral ayından bu yana Ukraynaya 85 milyard dollardan çox hərbi yardım göndərib”, - Ostin bildirib.
“Biz Rusiyanın qalib gəlməsinə imkan verməyəcəyik. Bu gün yenidən praqmatizm və prinsiplərlə birləşərək çiyin-çiyinə dayanan müttəfiqlərimiz də imkan verməyəcək”, - Pentaqon rəhbəri əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru