Budanov Rusiyanın Sezar Kunikov gəmisinin məhv edilməsinin təfərrüfatlarını açıqlayıb

16-02-2024, 07:44           
Budanov Rusiyanın Sezar Kunikov gəmisinin məhv edilməsinin təfərrüfatlarını açıqlayıb
Budanov Rusiyanın Sezar Kunikov gəmisinin məhv edilməsinin təfərrüfatlarını açıqlayıb
Fevralın 14-də ukraynalı müdafiəçilər tərəfindən məhv edilən Rusiyanın iri desant gəmisi "Sezar Kunikov" Novorossiyskdən Sevastopol istiqamətində hərəkət edirdi.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ICTV-yə verdiyi şərhdə bildirib.

Onun sözlərinə görə, gəminin heyəti 90 nəfərdir. Rusların axtarış-xilasetmə əməliyyatı hələ də davam etdiyi üçün onlardan neçəsinin xilas edildiyi barədə dəqiq rəqəm daha sonra açıqlanacaq.

“Gəmi Novorossiysk şəhərindən Sevastopol şəhərinə yük daşıyırdı. Gəmi yükləndi və keçid zamanı pilotsuz təyyarələrimiz tərəfindən məhv edildi. Əgər maraqlanırsınızsa, hücum edənlər Magura V5 dronları idi”, - Baş Kəşfiyyat İdarəsinin rəhbəri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru