Ukrayna F-16 qırıcılarını qəbul etməyə qorxur

16-02-2024, 08:04           
Ukrayna F-16 qırıcılarını qəbul etməyə qorxur
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının müşaviri Yuri İqnat ölkəsinin niyə hələ də F-16 qırıcılarını qəbul etmədiyini izah edib.

Bakupost.az xəbər verir ki, o, bu barədə “Kiyev 24” telekanalına bildirib.

Yuri İqnat qeyd edib ki, bəzi ölkələr, məsələn, Hollandiya onları təhvil verməyə hazır olduqlarını bəyan ediblər:

"Lakin əgər bu qırıcılar indi Ukraynanın aerodromlarına gəlsə, dərhal Rusiya hərbçiləri üçün “yağlı hədəfə” çevriləcək".

"Əlbəttə, onları Ukraynaya daşımaq və hər şey hazır olanda istifadəyə vermək lazımdır" deyən İqnat qeyd edib ki, söhbət ilk növbədə infrastrukturun, xüsusən də uçuş-enmə zolaqlarının uyğunlaşdırılmasından gedirik. Çünki F-16-lar daha tələbkar təyyarələrdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru