Hər dərdə dəva qozlu su

16-02-2024, 10:38           
Hər dərdə dəva qozlu su
Qozu bir gecədə içməli suda saxlasanız, insan sağlamlığı üçün lazım olan bəzi ferment və inhibitorlarla faydalana bilərsiniz. Evdə çox qısa müddətdə hazırlaya biləcəyiniz qozlu su ilə ertəsi gün üçün özünüzə bir stəkan şəfa mənbəyi düzəltmiş olarsınız. Qabıqları soyulmuş təzə qozdan əldə edilən qoz suyunu hazırlamaq üçün otaq temperaturunda bir stəkan su və qoz lazımdır. Qozları qalın qabıqlarından ayırıb bir stəkan içməli suya töküb təxminən 8-10 saat gözləyin. Ondan sonra qozlu suyunuzu içə bilərsiniz.Foodinfo.az qoz suyunun faydalarını təqdim edir:- Tərkibindəki Omeqa 3 yağ turşuları sayəsində həzm sistemi problemlərinə fayda verir. - Yağların yandırılmasını asanlaşdırır və toxluq hissi verərək arıqlamağa kömək edir. - Xolesterolu balanslaşdıraraq ürək-damar xəstəliklərindən qoruyur. Pis xolesterolun yüksəlməsinin qarşısını alır. - Xüsusilə qan şəkərini balanslaşdıraraq Tip 2 diabetin idarə olunmasına kömək edir. -Xəstəliklərə qarşı qoruyucu təsir yaradır və immunitet sistemini gücləndirir. -Tiroid dəyərlərini tənzimləyərək aşağı və yüksək tiroid problemlərinə kömək edir. - Dəri, dırnaq və saç sağlamlığına da müsbət təsir göstərən qoz suyu sızanaqlarla mübarizədə təsirli üsullar arasındadır. Dərinin sıxılmasını və daha sağlam görünməsini təmin edir. - Yaşlanmanı gecikdirir. - Qaz və şişkinlik kimi problemlərin qarşısını alır. - Qəbizlik problemini yüksək dərəcədə aradan qaldırır. - Yaddaşı gücləndirir. -Alzheimer xəstəliyi riskini azaldır. - Menstruasiya dövrünün ağrısız keçməsinə kömək edir. - Yuxu problemi olanlara yaxşı təsir edir. - Qaraciyər fermentlərinin nizamlı ifrazına müsbət təsir göstərir. Qaraciyəri zərərli toksinlərdən təmizləyir. - Zəiflik, yorğunluq və gərginlik kimi problemləri azaldaraq həyat keyfiyyətinizi yaxşılaşdırır. - Tam enerji mənbəyidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.