Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəisi işdən azad edildi - Rəisin planı

10-08-2016, 12:34           
Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəisi işdən azad edildi - Rəisin planı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində ciddi struktur dəyişikliyinə start verilib. Bildiyiniz kimi, bir müddət əvvəl sözügedən qurumun rəhbəri Siyalə Rüstəmova işdən azad edildikdən sonra onun yerinə müavini Azər İdris oğlu Süleymanov gətirildi. Elə həmin vaxtdan Azər Süleymanovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi kimi əlində olan imkanlardan yararlanaraq yaxın adamlarını rəhbərlik etdiyi sahədə müxtəlif vəzifələrə təyin etdiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, həmin vəzifə sahiblərindən biri də Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəisi Orucəli Qasımovdur. Belə ki, Orucəli Qasımov bundan əvvəl İmişli rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışdığını qeyd edən mənbənin sözlərinə görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi onu paytaxta gətirir və Baytarlıq İdarəsinin rəisi postunu ona həvalə edir: «Deyilənlərə görə, artıq Azər Süleymanov müəyyən səbəblər üzündən Orucəli Qasımovla yollarını ayırıb. Bildirilir ki, bu günlərdə Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəisi işdən azad olunub. Azər Süleymanov indi onun yerinə tələbə yoldaşı olan Abşeron rayon Baytarlıq İdarəsinin rəisi Tahir Bəhram oğlu Abdullayevi gətirir. Bütün bunlar bir daha onu təsdiqləyir ki, Azər Süleymanov Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi kimi bu sahədəki ən sanballı vəzifələrə məhz öz tələbə yoldaşlarını təyin edir. Görünür, o, bunu mövqeyini daha da möhkəmləndirmək naminə edir».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.