“YouTube”dan musiqisevərlər üçün əla xidmət: İnternetsiz də dinləmək olacaq

29-02-2024, 18:54           
“YouTube”dan musiqisevərlər üçün əla xidmət: İnternetsiz də dinləmək olacaq
“Google”un musiqi striminq xidməti “YouTube Music” kompüterlərdə oflayn oxutmaq üçün mahnı yükləmək seçimini əlavə edib.

Bu barədə “Android Polis” xəbər yayıb.

Məlumata görə, bunun üçün “YouTube Music”in veb-versiyasında alboma və ya fərdi səhifəyə baxarkən “Kitabxanada saxla” düyməsi seçilməli və yükləmə indikatoruna basılmalıdır. Yadda saxlanılmış fayllar “YouTube Music”in “Kitabxana” səhifəsində “Yükləmələr” bölümündə olacaq.

Mahnıların kataloqu istifadəçinin aktiv internet bağlantısını saxlaya bildiyi, yəni ən azı 30 gündə bir dəfə xidmətə daxil olduğu müddətcə əlçatan olacaq.
O da vurğulanır ki, veb-versiyanın yeni funksionallığı masaüstü kompüterlər üçün ayrıca “YouTube Music” tətbiqinin olmaması problemini həll edəcək.

Hələlik yeni funksiya yalnız bəzi istifadəçilər üçün əlçatandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru