"Laçın" klinikasında sular bulanıqdır
12-08-2016, 20:24
Klinikada çalışanların əksəriyyətinin əmək hüquqları qorunmur...
Ölkədə fəaliyyət göstərən söyğunçu klinikalar arasında "Laçın" tibb mərkəzinin adı xüsusilə vurğulanır. Belə ki, klinikada müalicə məqsədilə müraciət edən vətəndaşlara analizlərin təyinatı sadəcə pul-para tələsindən savayı bir şey deyildir. Tibb mərkəzinin həkim kontingenti lüzumsuz analizlərin hesabına xəstələrin cibinə girməklə öz maddi problemini həllinə çalışır. Əhalində isə belə gərəksiz tələblərin müxtəlif müalicə metodları üçün zəruri olduğunu israr edərək xəstələri aldadırlar. Belə aldatmalarla bağlı zaman-zaman mətbu orqanlarda narazı vətəndaşların narahatlıq doğuran şikayətləri də yer alır.
Yadınızdadırsa, bir müddət öncə "Laçın" klinikasında kişi sonsuzluğunun müalicəsi ilə bağlı hay-küylü təbliğat kampaniyasına start verilmişdi. Lakin çox çəkmədi ki, bu kampaniyanın əsl yalançı xarakteri üzə çıxdı. Məlum oldu ki, burada çalışan bir sıra həkimlərin əsas məqsədi müalicə aparmaq əvəzinə ehtiyacı olan imkanlı vətəndaşların pullarına müxtəlif yollarla sahib çıxmaqdır. Onu da qeyd etmək yerinə düşər ki, klinikada əvvəllər fəaliyyət göstərmiş peşəkar həkimlərdən artıq soraq yoxdur. Onlardan bir çoxu klinika rəhbərliyini yalançı tibbi xülyalarının mahiyyətini vaxtında anlayaraq iş yerini dəyişməyə vaxt tapa blirb. Bəziləri isə sadəcə, əməkhaqqını ala bilmədiyindən etiraz edərək çıxıb gediblər. Ortada klinika ilə həkimlər arasında əksər hallarda əmək müqaviləsinin olmaması burada çalışanların əmək hüquqlarının əslində olmadığı qənaətini ortaya qoyur.
Gundelik-Baku.com olaraq əldə etdiyimiz məlumatlara görə, klinikada çalışan həkimlərin çox cüzi bir hissəsi ilə formal əmək müqaviləsi bağlanıb. Bu isə sadəcə vergi və sosial müdafiə orqanlarının aldatmaq deyil, eyni zamanda, əmək intizamsızlığını formalaşdırmaq cəhdləri şəklində başa düşülməlidir. Bu səbəbdən də, olur ki, bəzi həkimlər onlara çatmalı olan əməkhaqqını almaq imkanından məhrum edilirlər.Belə hallarda əlbəttə ki, peşəkar həkim kadrlardan söhbət gedə bilməz.Son zamanlar Səhiyyə Nazirliyinin laqədar strukturları tərəfindən fəaliyyətində qeyri-peşəkarlıq və səbatsızlıq, eynən də yetərli olmayan maddi-texniki bazası aşkar edilmiş tibbi mərkəzlərin fəaliyyətinə xitam verilmişdir. "Laçın" klinikasında yer alan biabırçılıqlar fonunda bu tibbi mərkəz barədə tədbirlərin görülməsi ehitimalı digərləri ilə müqayisədə daha yüksəkdir. Hər halda, inanmaq istərdik ki, Səhiyyə Nazirliyində fəaliyyətindən çoxsaylı şikayətlər yer alan klinikaların da müəyyən rüyüstri aparılmamış deyil. Odur ki, suları bulanıq "Laçın" klinikasında xəstə müalicə etmək əvəzinə sadəcə balıq tutmaq həvəsində bulunan rəhbərliyin ciddi cəzalandırılacağına şübhə yoxdur. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
//Gundelik-Baku.com