‘Kontakt Home‘ şirkəti müştəriləri belə aldadır -ŞİKAYƏT

15-08-2016, 19:16           

"Kontakt Electronics" mağazasının "outlet" kampaniyası yalan çıxıb.

Bu haqda AZXEBER.COM-a Elmir Səfərli adlı vətəndaş bildirib.

Şikayətçi telefon almaq üçün mağazaları araşdırarkən maraqlı faktla qarşılaşıb. O "Kontakt Home"nin outlet məhsulları ilə tanış olub:

"İnternetdə telefon almaq üçün səhifələrə baxırdım, “Kontakt Home” şirkətinin səhifəsinə girdim. Və orda outlet qismində bir sıra modellərin və məişət avadanlıqlarının 50% hətta 80 % endirimə düşdüyünü qeyd olunmuşdu. Mən də həmin məhsullarla tanış olmaq üçün yaxınlıqdakı mağazaya yaxınlaşdım və orada mənə dedilər ki, bu kampaniya ancaq Xalqlar Dostluğundakı filialımızda keçəlidir. Ərinməyib getdim ora. İçəri girib mallara baxanda satıcı oğlan dedi ki, “bunların hamısı işlənmişdir və həm də harasındasa problem mövcuddur”.

Müştəri bununla bağlı etirazını bildirib və deyib ki, insanları bu yolla aldatmaq düzgün deyil:

“Bu tip kampaniyaların müştəriləri aldatmaq olduğunu söylədim. Satıcı təsdiqlədi ki, düz deyirsiz, ancaq mənlik bir şey yoxdu rəhbərliyin özü belə edib. Biz də məcburuq ki, belə sataq”

Elmir Səfərli həmçinin qeyd edib ki, şirkətin saytında outlet bölməsi olsa da, orada məhsul haqda heç bir məlumat verilmir, yalnız qiymətlər göstərilir: Orada telefonların endirimə düşdüyü qeyd olunur, ancaq məhsul haqda heç bir məlumat verilmir. Məsələn: LG Optimus L3 II Dual E435 markalı telefonun əvvəlki qiyməti 159, yeni qiyməti isə 42 manat göstərilir, ancaq sən demə bu işlənmiş və problemli telefon imiş.

Şikayətçi sonda şirkət rəhbərliyinə də müraciət edib: Mütləq rəhbərliyə çatdırın ki, belə şeylərlə müştəriləri mağazaya cəlb etməklə müştəri qazanmaq mümkün deyil əksinə onlar müştərini itirirlər. Və unutmayın ki, bu cür müştəri məmnuniyyətsizliyi sizin ən azı 10 məmnun müştərinizi silib aparır. Bir az işə ciddi yanaşın.

Sonda qeyd edək ki, outlet sözünün mənası işlənmiş məhsulların satışı demək deyildir. "Outlet" ingilis sözü olub "çölə çıxılacaq yer, çıxış yeri" mənasını verir. Ölkə xaricində "Outlet Center" olaraq ifadə edilən mağazalarda yer alan məhsullar mağazanın siyasətinə görə fərqli ola bilər. Bahalı markaların məhsullarını “Outlet"lərdənböyük endirimlə əldə etmək mümkündür.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.