AntiGÜLƏN dalğası ilk olaraq onu "vuracaq"... - Gülənə milyonları qapdırıb...

15-08-2016, 22:34           
AntiGÜLƏN dalğası ilk olaraq onu "vuracaq"... - Gülənə milyonları qapdırıb...
Azərbaycandakı gülənçi emissarların "vurulması" prosesinə sanılı günlər qalıb. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, əslində proses hər an başlaya bilərdi: "Lakin qarşıdan gələn referendum və referendumdan sonraya planlaşdırılan kadr və struktur islahatları əslində rəsmi Bakı üçün daxili gülənçilərdən təmizlənməyə əlavə fürsət verib".

Mənbə bildirir ki, bu əsnada ilk olaraq hədəfə şevrilən şəxs "Azərsu" şefi Qorxmaz Hüseynov olacaq. Qaynağın dia.az-a söylədikləri:

"Qorxmaz Hüseynovun Fətullah Gülən cameəsinə nə qədər sıx bağlı olduğunu hər kəs yaxşı bilir. Məhz onun sayəsində gülənçilər Azərbaycan dövlət büdcəsindən ayrılan milyonlara şərik olublar. Nəticədə gülənçilər büdcəmizin pullarını ölkədən çıxarmaqla yanaşı Azərbaycan iqtisadiyyatına da ağır yara vura biliblər. Burada isə "Azərsu"nun tenderlərini "udan" Fətullaha Gülənə yaxın şirkətləri unutmaq doğru olmazdı".

Mənbə iddia edir ki, Qorxmaz Hüseynovla bağlı məsələyə hətta qardaş Türkiyədən dövlət səviyyəsində də reaksiya verilib. Dia.az-a bildirilənlər: "İndi belə bir şəraitdə rəsmi Bakının "Azərsu" şefini çətiri altına alacağı ağlabatan deyil. Ən azından daxili rahatlıq naminə Hüseynovun əlindən rəsmi imtiyazlar alınmalıdır".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru